“Onlara iki qolu hədiyyə etdik. Bizim isə önəmli qol epizodlarımız oldu, ancaq bundan istifadə edə bilmədik. Şanslı deyildik. Robben və Boatenqin zədələnməsi çox pis oldu. Yenə də ümidimiz itirmirik, çünki hələ qarşıda 90 dəqiqə var”.
Bu sözləri “Bavariya”nın baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasının yarımfinalında “Real”a 1:2 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.
O, məğlub olmağa layiq olmadıqlarını bildirib: “Cavab görüşündə əlimizdən gələn hər şeyi edəcəyik. “Bu görüşdə gördük ki, Real” müdafiə xəttində probləmlər var. İkinci matçda bundan istifadə edə bilərik. Finala yüksələcəyimizə inanırıq”.
