Madridin “Real” klubu Çempionlar Liqası finalı öncəsi iki şad xəbər alıb.
Korner.az-ın məlumatına görə, “kral klubu” zədəli futbolçuların sağalmasına sevinib. Belə ki, komandanın iki aparıcı üzvü Qaret Beyl və Dani Karvaxal sağlamlıqlarına qovuşublar. “AS” qəzetinin məlumatına görə, hər iki oyunçu artıq komanda ilə ümumi planda məşqlərə başlayıb.
“Yuventus”la “Real” arasındakı final matçı iyunun 3-də keçiriləcək.
