“Real”a daha bir zərbə ondan gəldi
06.03.2019 , 20:35

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Ayaks”la cavab görüşündə zədələnən “Real”ın braziliyalı futbolçusu Vinisius Juniorun vəziyyətinə aydınlıq gəlib.
Tibbi müayinədən keçən braziliyalı futbolçunun sağ ayaq topuğunda bağların qopduğu məlum olub. “Kral klubu” futbolçunun nə qədər müddətə meydanlardan kənarda qalacağı ilə bağlı açıqlama edilməyib. Lakin İspaniya mətbuatı onun ən azı 2 ay yaşıl meydanlardan kənarda qalacağını yazıb.
Qeyd edək ki, “Ayaks”la oyunda zədələnən Vinisiusu Marko Asensio əvəzləmişdi.
