“Real” və “Adidas” yeni sponsor razılaşmasını həll etməyə yaxındır.
Korner.az-ın məlumatına görə, kral klubu razılaşmaya əsasən ildə 140 milyon avro qazanacaq.
Müqavilə 10 illiyinə nəzərdə tutulmalıdır. Bu da “Real”ın 10 ilə 1,4 milyard avro gəlir götürəcəyi deməkdir.
Beləliklə, bu sözləşmə Adidasın Mançester Yunaytedlə 98 milyon avroluq müqaviləsini geridə qoyur.
