Çempionlar Liqasının 1/4 final mərhələsindən "Qalatasaray"ı kənarlaşdıran Madridin "Real" klubu "Cim-Bom"la yenidən qarşılaşacaq.
Korner.az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, "kral" klubu yay təlim-məşq toplanışında 22-24 iyul tarixlərində iki sınaq matçı keçirmək niyyətindədi ki, bu rəqiblərdən də birincisi "Qalatasaray"dı. Sözügedən qarşılaşma "Türk Telekom Arena"da baş tutacaq.
