“Real” yeni transferini təqdim etdi
19.02.2020 , 19:21

İspaniya nəhəngi “Real” yeni transferi Reynier Xesus Karvalyonu ictimaiyyətə təqdim edib.
Korner.az xəbər verir ki, tədbir Madrid təmsilçisinin ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunda gerçəkləşib.
“Real” 18 yaşlı yarımmüdafiəçini Braziliya “Flamenqo”sundan 30 milyon avroya transfer edib.
