“Real” yeni baş məşqçisini açıqladı
14.11.2018 , 10:31

“Real”ın yeni baş məşqçisi rəsmən açıqlanıb.
Julen Lopeteqinin istefasından sonra müvəqqəti olaraq, baş məşqçi olan Santyaqo Solarinin təyinatı rəsmiləşib. 42 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Real” argentinalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 4 oyunda qalib gəlib. Madrid təmsilçisi bu səbəbdən onunla yola davam etməyə qərar verib.
