“Real” yayda onun üçün təklif göndərəcək
03.04.2025 , 12:43

“Real” “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandesi heyətinə cəlb etmək istəyir.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Madrid nəhəngi yayda 24 yaşlı oyunçu təklif göndərməyi planlaşdırır.
Bundan başqa, argentinalı futbolçunun xidmətində “Atletiko”nun da maraqlı olduğu bildirilir.
Enzonun transfer dəyəri “transfermarkt”da 75 milyon avro olaraq qiymətləndirilir.
