“Real” yayda bu futbolçunu transfer edəcək
11.02.2025 , 23:49

“Real”ın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi “Arsenal”dan Uilyam Salibanı heyətinə cəlb etmək istəyir.
Fransalı futbolçu həmyerlisi Kilian Mbappe ilə oynamağı istədiyindən, keçidin reallaşacağı gözlənilir.
La Liqa nəhəngi yayda müdafiədəki boşluğu Uilyamla doldurmağı planlaşdırıb.
Onun “Arsenal”la hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
