“Real” yarımmüdafiədə Enzo Fernandes planını hazırlayır
27.02.2026 , 21:01
“Real” yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi hədəfləyir.
Korner.az xəbər verir ki, Madrid klubu uzun müddətdir Enzo Fernandesin çıxışını yaxından izləyir və onun transferi üçün ciddi addımlar atmağa hazırlaşır.
Xarici KİV yazır ki, futbolçunun qarşıdakı dünya çempionatındakı performansı son qərarı müəyyən edəcək. “Kral klubu” argentinalının turnirdəki səviyyəsini əsas meyar kimi qiymətləndirir.
Alternativ plan kimi Vitinya da gündəmdədir. Lakin PSJ ilə gərgin münasibətlər bu keçidin həyata keçməsini çətinləşdirir.
Qeyd edək ki, Enzo Fernandesin “Çelsi” ilə müqaviləsi 2032-ci ilin ortalarına qədər qüvvədədir.