“Real” “Xetafe”yə minimal hesabla belə məğlub oldu – Video
03.03.2026 , 10:30
La Liqada 26-cı turun oyunları başa çatıb.
Korner.az xəbər verir ki, bu turda “Real” doğma meydanda ”Xetafe” ilə üz-üzə gəlib.
Madrid təmsilçisi rəqibinə minimal hesabla məğlub olub – 0:1.
Matçda yeganə qolu 39-cu dəqiqədə Satriano vurub.
Hazırda turnir cədvəlinə 64 xalla “Barselona” başçılıq edir. “Real” isə 60 xalla ikinci pillədə qərarlaşıb.