Madrid “Real”ı kolumbiyalı yarımmüdafiəçisi Xames Rodrigesi satmaq istəyir.
Korner.az-ın məlumatına görə, bu informasiyanı İspaniyanın “Marka” qəzeti yayıb.
Nəşrin ortaya atdığı iddiaya görə, əsas heyətdə yer almaq uğrunda mübarizədə Lukas Vaskes, Marko Asensio və İskoya uduzan25 yaşlı Xamesə 75 milyon avro qiymət qoyulub. O 2 il bundan əvvəl “Monako”dan “Real”a məhz bu məbləğ qarşılığında transfer edilmişdi.
