“Lester”in hücumçusu Ceymi Vardi “Barselona” və “Real”ın maraq dairəsinə düşüb.
Korner.az-ın məlumatına görə, bu xəbəri “Daily Mail” qəzeti yayıb.
Mənbədə deyilir ki, Kataloniya və Madrid klublarının skautları bu gecə İspaniya və İngiltərə milliləri arasında keçiriləcək yoldaşlıq matçında 28 yaşlı ingilis futbolçunu izləməyi planlaşdırırdılar. Ancaq o, qasıq nahiyəsindən zədə aldığından bu görüşdə iştirak etməyəcək.
Vardi bu mövsüm Premyer Liqada 12 oyuna 12 qol vurub. Onun “Lester”lə müqaviləsinin müddəti 2017-ci ilin yayına kimi nəzərdə tutulub.