“Real” vingeri ilə müqavilə yeniləyir
17.06.2025 , 12:30

“Real” futbolçusu Brahim Diazla yeni müqavilə üçün razılığa gəlib.
Korner.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Madrid təmsilçisi 25 yaşlı futbolçu ilə 5 illik sözləşmə imzalayacaq.
Yaxın günlərdə rəsmi açıqlamanın verilməsi gözlənilir.
Xatırladaq ki, Brahim Diaz 2019-cu ildə İspaniya nəhəngində çıxış edir.
