Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə baş tutacaq iki qarşılaşmadan ən maraqlısı sössüz ki, İngiltərədə keçiriləcək.
Burada "Mançester Yunayted" səfərdə 1:1-lik heç-heçə etdiyi Madrid "Real"ını qonaq edəcək.
Günün digər qarşılaşmasında Dortmund "Borussiya"sı Donetsk "Şaxtyor"u ilə münasibətlərini rəsmiləşdirəcək. Ukraynada baş tutan ilk oyun 2:2 hesabı ilə yekunlaşdığından almanların mərhələni adlamaq şansı daha realdı.
Qeyd edək ki, 1/8 final mərhələsinin digər dörd qarşılaşması gələn həftə baş tutacaq.
Çempionlar Liqası: 1/8 final, təkrar oyunlar
5 mart
23.45. “Borussiya” (Dortmund, Almaniya) – “Şaxtyor” (Ukrayna) 3:0
Qollar: Santana, 31, Götze, 37, Blaşukovski, 59
İlk oyun – 2:2
23.45. “Mançester Yuneyted” (İngiltərə) – “Real” (İspaniya) 1:2
Qol: Serxio Ramos (ö.q), 48, Modriç, 67, Ronaldo, 69
İlk oyun – 1:1
6 mart
PSJ (Fransa) – “Valensiya” (İspaniya)
İlk oyun – 2:1
“Yuventus” (İtaliya) – “Seltik” (Şotlandiya)
İlk oyun – 3:0
12 mart
“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə)
İlk oyun – 1:1
“Barselona” (İspaniya) – “Milan” (İtaliya)
İlk oyun – 0:2
13 mart
“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə)
İlk oyun – 3:1
“Malaqa” (İspaniya) – “Portu” (Portuqaliya)
İlk oyun – 0:1
