Xose Paskual Alba tezliklə “Valensiya”dan ayrıla bilər
İstedadlı yarımmüdafiəçini həm “Real”, həm də “Barselona” heyətində görmək istəyir.
Maraqlıdır ki, “Valensiya” rəhbərliyi səhvən gənc futbolçuya yeni müqavilə təklif etməkdə gecikib. Belə ki, klub idarəçiləri 18 yaşlı futbolçunun sözləşməsinin 2018-ci ilin deyil, 2019-cu ilin yayında başa çatdığını zənn ediblər. Sonradan isə məlum olub ki, Xose hazırkı klubunu artıq ayın sonunda azad agent kimi tərk edə bilər.
Həm “Real”, həm də “Barselona” artıq futbolçu ilə danışıqlara start verib.
