İspaniya “Real” və “Barselona” klubları PSJ-nin qapıçısı Alfons Areolanı transfer etməyi planlaşdırır.
Korner.az-ın məlumatına görə, hər iki klub 23 yaşlı qolkiperlə maraqlanır.
Yaydan Areolanı transfer etmək istəyən sözügedən klublar bu istəklərinə nail ola bilməyib
“Real” və “Barsa”nın yenidən fransalı qapıçının keçidini həll etmək üçün PSJ ilə yaxın günlərdə danışıqlara başlayacağı gözlənilir.
