“Real” ulduz futbolçunu transfer edib?
25.02.2025 , 23:37

“Real” “Liverpul”un ulduz oyunçusunu transfer edəcək.
Korner.az xəbər verir ki, söhbət Mersisayd təmsilçisinin futbolçusu Trent Aleksander-Arnolddan gedir.
Tərəflər arasında artıq şifahi razılığın əldə olunduğu bildirilir.
Madrid klubunun 26 yaşlı sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalayacağı iddia olunur.
Yayılan xəbərlərə görə, İspaniya nəhəngi artıq bu transferi uğurlu şəkildə həyata keçirib.
