“Real”ın futbolçuları İker Kasilyas, İsko, Anxel Di Mariya və Sami Xedira yayda klubu tərk edəcək.
Korner.az-ın “Sport.es”ə istinadən verdiyi məlumata görə, Madrid klubunun rəhbərliyi artıq islahatlara başlayıb. Adıçəkilən oyunçuların yerinə kimlərin gətiriləcəyi isə hələlik bəlli deyil.
Kral klubunundan daha bir neçə futbolçunun ayrılması istisna deyil.
