“Real” ulduz futbolçu ilə müqavilə yeniləyir
16.02.2025 , 22:44

“Real” braziliyalı vingeri Vinisius Juniorla bağlı qərar verib.
Korner.az xəbər verir ki, İspaniya nəhəngi futbolçunun müqaviləsinin müddətini uzadacaq.
Artıq tərəflər arasında danışıqlar başlayıb.
Yeni müqaviləyə əsasən, oyunçunun sözləşməsi 2030-cu ilə qədər yenilənəcək.
