Madrid “Real”ı yayda PSJ-də forma geyinən Neymarı transfer etməyə çalışacaq. Braziliyalı futbolçunun Fransada məmnun olmadığına görə klubunu dəyişəcəyi gözlənilir.
Marca nəşrnin məlumatına görə, madridlilər Neymarın xidmətində maraqlıdır, lakin bu keçid baş tutmasa, “kral klubu” başqa komandaların “qapısını döyəcək”. Belə ki, paytaxt təmsilçisi Neymara birdən-birə 4 alternativ futbolçu düşünüb.
Bunlardan biri, Mauro İkardidir. Daha əvvəl də “İnter”in futbolçusu ilə maraqlanan “Real” “Çelsi”dən Eden Hazard, “Bavariya”dan Robert Levandovski və “Tottenhem”dən Harri Keyn ilə yaxından maraqlanır.
