“Real” üçün bəd xəbər – Ramos zədələnib
28.01.2019 , 10:16

Madrid “Real”ının heyətində itki olub. Paytaxt təmsilçisinin futbolçusu Serxio Ramos zədələnib.
La Liqa çərçivəsində keçirilən “Espanyol”la matçda zədələnən Ramos əvəzlənməsini istəyib. İspan futbolçunun durumu haqda hələki məlumat yoxdu. Həkim müayinəsindən sonra Ramosun zədəsi haqda ətraflı məlumat veriləcək.
“Real”ın “Espanyol” ilə oynadığı matç 4:2 hesabı ilə “kral klubu”nun xeyrinə başa çatıb
