“Real” Türkiyə klubundan futbolçu gətirir
17.04.2024 , 20:53

“Real” “Trabzonspor”un gənc oyunçusu Onuralp Çevikkanı transfer edə bilər.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, “Real”ın qapıçının xidmətində maraqlı olduğu bildirilir.
Madrid təmsilçisi onunla üzünmüddətli müqavilə imzalamaq fikrindədir.
İspaniya nəhəngi bu keçid üçün 10 milyon avrosundan keçməyə hazırdır.
