“Real” transferə 200 milyon avro ayırdı
14.11.2018 , 10:22

Madridin “Real” klubu qış transfer pəncərəsində yeni oyunçuların alınmasına 200 milyon avro büdcə ayırıb.
“Kral Klubu”nun bu qış heyətinə qatmaq istədiyi futbolçular “Espanyol”dan müdafiəçi Mario Ermoso, “River Pleyt”dən yarımmüdafiəçi Eksekyel Palasios və “Santos”dan hücumameyilli yarımmüdafiəçi, “Yeni Neymar” ləqəbli Rodriqo Qoesdi.
Futbolçuların yanvardan komandaya qoşulacağı gözlənilir.
Qeyd edək ki, paytaxt təmsilçisi ötən gün baş məşqçi postuna Santiaqo Solarinin gətirildiyini açıqlayıb.
