“Real” Toni Krosla bağlı qərarını verdi
02.05.2023 , 15:57
“Real” növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edir.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi mövsümün sonunda müqaviləsi bitəcək Toni Krosun müqaviləsini uzadacaq.
Onunla 1 illik yeni müqavilə imzalanacağı bildirilir. Yaxın günlərdə klubun rəsmi açıqlama verəcəyi gözlənilir.
33 yaşlı yarımmüdafiəçi “Real Madrid”də keçirdiyi 408 rəsmi matçda 27 qol vurub və 88 məhsuldar ötürmə edib.