“Real Sosyedad”ın yapon ulduzu İngiltərəyə gedə bilər
18.11.2025 , 21:00
“Real Sosyedad”ın hücumçusu Takefusa Kubonun Premyer Liqaya keçid ehtimalı var.
Korner.az xəbər verir ki, “Tottenhem” yapon futbolçunu transfer etməkdə maraqlıdır. İspaniya təmsilçisi Kubonu satmağa qarşı deyil və 24 yaşlı vinger üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, Takefusa Kubo 2022-ci ilin yayında Madrid “Real”ından “Real Sosyedad”a transfer olunub. Yaponiya millisinin üzvü cari mövsümdə La Liqada 10 oyuna çıxaraq 1 qola imza atıb.