“Real Sosyedad”dan ayrılır, bu kluba keçir
15.07.2024 , 14:00

“Real Sosyedad”ın futbolçusu Mikel Merino yeni transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, ispaniyalı oyunçunun “Arsenal”a keçəcəyi iddia olunur.
“Topçular” futbolçu üçün rəsmi təklif də göndərib.
Hələlik keçidin nə zaman baş tutacağı məlum deyil.
Xatırladaq ki, Mikel Merino 2018-ci ildən “Real Sosyedad”da forma geyinir.
