“Real” serbiyalı hücumçu ilə razılığa gəldi
04.05.2019 , 12:00

Madridin “Real” klubu yeni mövsüm üçün transfer hazırlıqlarını davam etdirir.
“AS” nəşrinin məlumatına görə, “Kral klubu” serbiyalı hücumçu Luka Joviçin transferini həll edib. 21 yaşlı futbolçu üçün “Ayntraxt”a 60 milyon avro ödəniləcək. Bundan başqa gənc futbolçu ilə 6 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Luka Joviç “Real”ın əzəli rəqibi “Barselona” klubunun da maraq dairəsində olub.
