“Real” Sebalyosla müqaviləni yenilədi
23.06.2023 , 16:15
“Real” futbolçusu Dani Sebalyosla müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2027-ci ilin yayına qədər artırılıb.
Sebalyos ötən mövsüm La Liqada 30 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.