“Real”ın futbolçusu Kriştiano Ronaldo La Liqanın 30-cu turunda sabah keçiriləcək “Las-Palmas”la oyunu buraxacaq.
Madrid klubunun məşqçi korpusu Çempionlar Liqasının 1/4 finalında “Yuventus”la oyun öncəsi portuqaliyalı hücumçuya istirahət vermək qərarına gəlib.
Qeyd edək ki, “Yuventus” – “Real” görüşü aprelin 3-ü Bakı vaxtı saat 22:45-də başlayacaq.
