“Real” Ronaldonu yenidən istəyir
16.05.2023 , 10:54
Hazırda “Əl-Nəsr”də forma geyinən ulduz futbolçu Kriştiano Ronaldo klubdan ayrıla bilər.
Korner.az xəbər verir ki, futbolçunun Avropaya qayıdacağı gözlənilir.
Belə ki, İspaniya mətbuatında yer alan xəbərə görə, “Real Madrid” rəhbərliyi Ronaldonu doğma klubuna qaytarmaq istəyir.
Amma bu dəfə onu futbolçu kimi deyil, məşqçi kimi Madrid klubunda görmək istədiyi bildirilir.