“Real”ın prezidenti Florentino Peres klubdakı vəziyyət barədə açıqlama verib.
Korner.az-ın məlumatına görə, Madrid təmsilçisinin rəhbəri klubdaxili müşavirədən sonra mətbuat qarşısında çıxış edərək baş məşqçi Rafael Benitesə tam dəstək verdiklərini, onun vəzifəsində qalacağını bildirib:
“Yanvardan başlayaraq komanda tədricən zəifləyirdi. Biz problemlərin həlli üçün Benitesi seçdik. Amma hər şeyi bir gecədə düzəltmək olmaz.
Direktorlar şurasının heç bir üzvü Benitesin göndərilməsi haqqında məsələni müzakirəyə çıxarmadı. Biz Benitesə etibar edirik və ona işləmək üçün vaxt verməliyik“.