“Real” rəhbərliyi yeni baş məşqçi Rafael Benitezə artıq çəkiyə görə narahatlığını bildirib.
Korner.az-ın məlumatına görə, “Kral klubu”nun prezidenti Florentino Perez ispaniyalı çalışdırıya komanda üzvlərinin və məşqçilər heyətinin imicinə böyük əhəmiyyət verdiyini deyib.
O, personalın xarici görünüşünün vacib amil olduğunu vurğulayıb. Bu səbəbdən rəhbərlik Benitezdən dieta saxlamağı və arığlamağı tələb edib.
