“Real” klubu ulduz futbolçusu Qaret Beyli satmaq qərarına gəlib.
Korner.az-ın məlumatına görə, “kral klubu” uelsli futbolçunun satışından yaxşı gəlir əldə edəcəyini bildiyindən bu addımı atmağı planlaşdırır.
Yayılan digər iddialara görə, “Real” “Çelsi”nin futbolçusu Eden Hazardı heyətinə qatmağı planlaşdırır. Hətta bu transfer üçün Madrid təmsilçisinin futbolçusu Qaret Beyli Eden Hazardla dəyişdirməyi təklif edəcəyi də bildirilib.
