"Verder" klubunun qapıçısı Tim Vise "Real" (Madrid) rəhbərliyi ilə görüşdüyünü bildirib.
Korner.az-ın məlumatına görə, İspaniya La Liqasının möhtəşəm olduğunu vurğulayan Vise mövsümün sonunda "Verder" klubu ilə müqaviləsinin başa çatacağını gələn ildən isə "kral klubu"nda çıxış edə biləcəyini deyib. Qeyd edək ki, əlcək sahibi "Verder" klubunun şərəfini 7 ildir ki, qoruyur.
