Madrid “Real”ı “Milan”ın vitse-prezidenti Adriano Qallianinin xidmətində maraqlıdır.
Korner.az-ın məlumatına görə, bu iddia ilə İtaliyanın “Gazzetta dello Sport” nəşri yayıb.
Xəbərdə bildirilir ki, bu təşəbbüs madridlilərin prezidenti Florentino Peresindir. Onun fikrincə, Qallianinin təcrübəsi həm baş məşqçi Zinəddin Zidana, həm də bütövlükdə klub idarəçiliyinin təkmilləşdirilməsinə kömək olar. Əməkdaşlığın hansı səviyyədə qurulacağı barədə məlumat verilmir.
