Bu gün Çempionlar Liqasında digər finalçının adı bəlli olacaq.
Korner.az-ın məlumatına görə, Madriddə "Real" "Mançester Siti"ni qonaq edəcək.
İngiltərədə baş tutan ilk matçda hesab açılmadığına görə, bugünkü oyunda meydan sahiblərini yalnız qələbə, qonaqları isə ən azı məhsuldar heç-heçə qane edəcək.
Xatırladaq ki, bu cütün qalibini finalda “Atletiko” (Madrid) gözləyir.
4 may
Çempionlar Liqası, yarımfinalın cavab oyunu
22:45."Real" (Madrid, İspaniya) – "Mançester Siti" (İngiltərə) – 1:0
Qol: Fernando (ö.q) 20.
İlk oyun – 0:0
