Bu gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Korner.az-ın məlumatına görə, “Real” səfərdə “Şalke”nin, “Portu” isə “Bazel”in qonağı olub.
Almaniyadakı oyunda qonaqlar qalib gəlib. İsveçrədə isə “sülh” bağlanıb.
1/8 finalın digər 4 oyunu 24-25 fevral tarixlərində keçiriləcək.
18 fevral
23:45. “Bazel” (İsveçrə) – “Portu” (Portuqaliya) 1:1
Qollar: Qonzales, 11 // Danilo, 79
23:45. “Şalke” (Almaniya) – “Real” (Madrid, İspaniya) 0:2
Qollar: Ronaldo, 36, Marselo, 79
