Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində aprelin 3-də keçiriləcək "Real" (Madrid) – "Qalatasaray" matçının biletləri satışa çıxarılıb.
Korner.az-ın məlumatına görə, Madriddə baş tutacaq ilk dueldə biletin qiyməti 145 TL (75 manat) olacaq. Sözügedən biletlər yalnız "Cim-Bom"u səfərdə dəstəkləməyə gedəcək azarkeşlər üçün nəzərdə tutulub.
