“Real” və “Mançester Siti” 1/4 finalda
10.03.2022 , 01:59

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün mərkəzi oyunu Madriddə baş tutub. “Real” burada Fransa PSJ-sini qəbul edib. Görüş Madrid klubunun 3:1 hesablı qələbəsi ilə bitib.
Gecənin digər görüşündə isə “Mançester Siti” “Sportinq” ilə qolsuz heç-heçə edib – 0:0.
UEFA Çempionlar Liqası
1/8 final, Cavab oyunları
9 mart
00:00. “Real” (İspaniya) – PSJ (Fransa) – 3:1
Qollar: Benzema, 61, 76, 78 – Mbappe, 39
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun – 0:1
00:00. “Mançester Siti” (İngiltərə) – “Sportinq” (Portuqaliya) – 0:0
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun: 5:0
