İspaniyanın "Real" (Madrid) klubu Xorvatiya millisi və "Tottenhem" klubunun yarımmüdafiəçisi Luka Modriçi transfer edib. Korner.az-ın məlumatına görə, Londondan ayrılan yarımmüdafiəçi Madrid təmsilçisinə 36 milyon avroya başa gəlib.
26 yaşlı futbolçunun "Real"la (Madrid) müqavilə müddəti isə açıqlanmır.
Qeyd edək ki, 2008-ci ildən "Tottenhem"in şərəfini qoruyan Modriç keçirdiyi 127 oyunda 13 qola imza atıb.