“Real” və “Yuventus” arasında Alvaro Moratanın müqaviləsindəki transfer şərtləri ilə bağlı bəzi detallar müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu xəbəri “Football Leaks” nəşri yazıb.
Futbolçunun transferi 20 milyon avro təşkil edib. Əgər “Real” forvardı bu il ya da 2017-ci ildə geri almaq istərsə, 30 milyon avro ödəməlidi.
Lakin bu razılaşma Moratanın mövsüm ərzində “Yuventus”da rəsmi oyunların yarısında oynaması zamanı qüvvəyə minir.
Əgər Moratanın oyunlarının sayı 25% olarsa “Real” 25, daha aşağı olarsa, 20 milyon avro ödəməklə forvardı ala bilər.
Moratanın “Yuventusda”kı satış opsiyası 80 milyon avrodu. Əgər Turni təmsilçisi onu 2017-ci ilin 16 iyul tarixindən tez satarsa, “Real”a 80 milyon avro təzminat verməlidi.
