İspaniya La Liqasında mübarizə aparan “Real” (Madrid) müdafiəçisi Pepeyə alternativ tapıb.
Korner.az-ın məlumatına görə, bu haqda “AS” xəbər yayıb.
İddia edilir ki, Madrid təmsilçisi “Porto”nun futbolçusu Felipe Monteironun transferinə yaxındı.
Braziliyalı oyunçunun sərbəst qalma məbləği 50 milyon avro olsa da, “Kral klubu” 25-30 milyon avro qarşılığında transferi reallaşdırmaq niyyətindədi.
Xatırladaq ki, 27 yaşlı müdafiəçi bu mövsüm 37 rəsmi matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
