“Real” öz yetirməsini transfer edir
02.01.2019 , 18:04

“Sevilya”nın yarımmüdafiəçisi Pablo Sarabiya karyerasını “Real”da davam etdirə bilər
Ispan futbolçu “kral klubu”nun maraq dairəsinə düşüb. Madrid təmsilçisi “Sevilya” ilə 2020-ci ilin yayına qədər müqaviləsi olan oyunçunu qış fasiləsində heyətinə qatmaq istəyir. Paytaxt klubunun 26 yaşlı yarımmüdafiəçi üçün tələb olunan 18 milyon avronu ödəməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, 2016-cı ildən “Sevilya”da çıxış edən Sarabiya “Real”ın yetirməsidir. O, 2004-2011-ci illərdə “kral klubu”nun formasını geyinsə də, əsas komandada cəmi 1 oyun keçirib.
