Madrid “Real”ının rəhbərliyi klubun 3 fanatını məhkəməyə verib.
Korner.az-ın məlumatına görə, buna səbəb İspaniya La Liqasının son turunda “Barselona”ya məğlubiyyətdən sonra Madridə dönən və səhərə yaxın məşq bazasından çıxan bəzi futbolçuların həmin azarkeşlər tərəfindən təhqir olunmasıdı.
Fanatlar eyni zamanda oyunçuların avtomobillərinə də xəsarət yetiriblər. “Real” hər üç fanata stadiona giriş qadağası qoyub. Bundan əlavə, polisə müraciət olunub
