“Real” onunla müqaviləni uzatdı
25.07.2024 , 13:30

“Real” fransalı futbolçusu Ferlan Mendi ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Madrid klubu oyunçunun müqaviləsini yeniləyib.
29 yaşlı futbolçunun yeni sözləşməsi 2027-ci ilə qədər uzadılıb.
Mendi 2023/24 mövsümündə “Real”ın heyətində meydana çıxdığı 37 oyunda 1 qol vurub.
