“Real” onunla müqavilə yeniləyir
18.06.2025 , 19:35

“Real” qapıçısı Tibo Kurtua ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi belçikalı qolkiperlə müqavilə yeniləyəcək.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə, Kurtua ilə müddəti 2028-ci ilə qədər olan yeni sözləşmənin imzalanacağı bildirilib.
Xatırladaq ki, təcrübəli qolkiper 2018-ci ildən Madrid nəhənginin qapısını qoruyur.
