“Real” onun qayıdışına sevinir
08.04.2024 , 03:05

Madrid “Real”ının uzun müddətdi ki, zədəli olan qapıçısı Tibo Kurtuadan sevindirici xəbər alıb.
Korner.az-ın məlumatına görə, belçikalı qolkiper bu ay sonunda komanda ilə birgə məşqlərə başlayacaq.
Təcrübəli əlcək ustası bir müddətdi ki, fərdi məşqlərlə kifayətlənirdi.
