“Real” onun keçidini həll etdi
15.05.2025 , 13:43

“Bornmut”un müdafiəçisi Din Heysen karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Korner.az-ın məlumatına görə, ispaniyalı futbolçu “Real”la anlaşıb.
Madrid klubu bu keçid üçün qarşı tərəfə 60 milyon avro təzminat ödəyəcək.
İspaniya mətbuatında transferin 2 gün ərzində açıqlanacağı qeyd olunur.
