“Real” ona yeni müqavilə təklif etdi, o isə…
07.02.2025 , 23:15
“Real” ulduz futbolçusu Vinisius Juniyoru komandada saxlamaq fikrindədir.
Korner.az xəbər verir ki, Madrid təmsilçisi braziliyalı vingerə yeni müqavilə təklif edib.
İspaniya nəhəngi 24 yaşlı oyunçuya verə biləcək maaşı bildirib.
Lakin hələlik tərəflər arasında razılıq əldə olunmayıb.
Vinisiusun “Real”la hazırkı müqaviləsinin müdsəti 2027-ci ilin yayına qədərdir.
